Bank Of Baku

Ağ Ev: “Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq”

Ağ Ev: “Tramp Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq”
# 22 fevral 2017 00:31 (UTC +04:00)

Donald Tramp terrorla mübarizə və iqtisadi məsələlər üzrə Rusiya ilə sövdələşmə əldə etməyə çalışacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser bildirib.

 

“Tramp aydın şəkildə bildirdi ki,  ABŞ-ın son iki administrasiyasının Rusiya ilə əldə edə bilmədiyi sövdələşməyə nail ola biləcəyi təqdirdə o, bunu edəcək nail ola bilməsə - etməyəcək. Lakin o cəhd edəcək. Onun biznes  və danışıqlardakı uğurlarını müsbət əlamət kimi qəbul etmək lazımdır, düşünürəm ki o, bunu etməyə qadirdir”, - deyə Spayser qeyd edib.   

 

“Əgər biz İŞİD-i məğlubiyyətə uğratmaq, terrorla mübarizə, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində ümumi mövqelər, maraqlar tapa bilsək, onda biz bunu edəcəyik. Bunun üzərində biz Rusiya ilə işimizi davam etdirəcəyik”, - deyə o əlavə edib.  

 

“Əgər bu ABŞ-ın maraqlarına uyğundursa -  Tramp sövdələşməyə nail olacaq”, - deyə mətbuat katibi qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR