Bank Of Baku

Ağ Ev: Prezident Tramp NATO-nun sammitində iştirak edəcək

Ağ Ev: Prezident Tramp NATO-nun sammitində iştirak edəcək
# 22 mart 2017 04:34 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp NATO-nun dövlət başçıları səviyyəsində keçiriləcək sammitində iştirak edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

 

“Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib”, deyə Ş.Spayser bildirib.

 

Bundan əvvəl aprelin 12-də  ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq  və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR