Bank Of Baku

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb
# 18 fevral 2017 17:34 (UTC +04:00)

Argentinada avtobusun qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Mendosa əyalətində qeydə alınıb. Çilinin “TurBus” şirkətinə məxsus avtobusda 32 Argentina, 4 Çili, 1 Kolumbiya və 1 Haiti vətəndaşı olub. Sərnişinlərdən üçünün azyaşlı uşaq olduğu bildirilir.

 

Məlumata görə, 16 nəfər aldığı xəsarətlərdən hadisə yerində, üçü isə xəstəxanada keçinib.

 

Qəzanın səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR