Bank Of Baku

Ata Buş xəstəxanadan evə buraxılıb

Ata Buş xəstəxanadan evə buraxılıb
# 30 yanvar 2017 20:16 (UTC +04:00)

ABŞ-ın sabiq prezidenti Corc Buş Hyuston xəstəxanasından evə buraxılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 14-də pnevmoniya ilə əlaqədar xəstəxanaya yerləşdirilən ABŞ-ın 41-ci prezidenti dörd gün  reanimasiya şöbəsinə köçürülmüşdü.

 

1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır.

 

Qeyd edək ki, 92 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR