Avstraliyanın Melburn şəhəri yaxınlığında yüngül mühərrikli helikopterin ticarət mərkəzinə çırpılması nəticəsində 4 amerikalı turist və avstraliyalı pilot ölüb.
APA-nın xəbərinə görə, bu barədə “Associated press” məlumat yayıb.
ABŞ-ın Kanberradakı səfirliyi amerikalıların ölməsi faktını təsdiqləyib. Bildirilir ki, amerikalılar tətil üçün Avstraliyaya gəlib və qolf oynamağı planlaşdırıblar.
Helikopter havaya qalxandan bir qədər sonra ticarət mərkəzinə çırpılıb. Ticarət mərkəzi həmin vaxt bağlı olub. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.