Bank Of Baku

BMT baş katibi Rusiya təyyarəsinin vurulması hadisəsindən ciddi narahatlığını bildirib

BMT baş katibi Rusiya təyyarəsinin vurulması hadisəsindən ciddi narahatlığını bildirib
# 25 noyabr 2015 06:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “BMT baş katibi Pan Gi Mun Türkiyə Silahlı Qüvvələri tərəfindən Rusiya təyyarəsinin vurulması hadisəsindən ciddi narahat olduğunu bildirib”.

 

APA-nın məlumatına görə, bu sözləri BMT-nin mətbuat katibi mətbuat konfransı zamanı deyib. O bildirib ki, baş katib gərginliyin aradan qaldırılması üçün tərəfləri təcili tədbirlər görməyə çağırıb: “Baş katib bildirir ki, hadisənin obyektiv araşdırılması nəyin baş verdiyini üzə çıxaracaq və bu kimi halların gələcəkdə baş verməsinin qarşısını alacaq. Pan Gi Mun Suriya münaqişəsinə cəlb olunmuş bütün tərəfləri, xüsusilə hava əməliyyatlarını aparanları gözlənilməz nəticələrdən qaçmaq üçün operativ tədbirlər görməyə və dinc əhalini qorumaq üçün əllərindən gələni etməyə çağırıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR