Bank Of Baku

Boliviya prezidenti Çilini söz azadlığını pozmaqda günahlandırıb

Boliviya prezidenti Çilini söz azadlığını pozmaqda günahlandırıb
# 26 mart 2017 14:10 (UTC +04:00)

Boliviya prezidenti Evo Morales Çili hakimiyyətini iki boliviyalı jurnalistin fəaliyyətinə mane yaratmaqla söz azadlığını pozmaqda günahlandırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, iki boliviyalı jurnalist Çiliyə 9 boliviyalının saxlanılması ilə əlaqədar durumu işıqlandırmaq üçün səfər edib.

 

E. Morales hesab edir ki, Çili hakimiyyəti boliviyalı jurnalistlərdən birini “saxlanılan boliviyalılar və qaçaqmal haqqında həqiqəti gizlətmək” üçün ölkədən çıxarıb. Boliviya prezidenti “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu, informasiya azadlığının pozulmasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR