Bank Of Baku

Braziliyada iğtişaşlar nəticəsində 49 nəfər xəsarət alıb

Braziliyada iğtişaşlar nəticəsində 49 nəfər xəsarət alıb
# 25 may 2017 01:38 (UTC +04:00)

Braziliyanın paytaxtında baş verən kütləvi iğtişaşlar zamanı 49 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib, 7 nəfərin saxlanıldığı bildirilir.

 

Braziliyanın müdafiə naziri Raul Junqmann bəyan edib ki, dövlət idarələrinin mühafizəsinə ordu hissələri cəlb ediləcək. Bundan əvvəl Braziliyada etirazçılar maliyyə, kənd təsərrüfatı və mədəniyyət  nazirliyinin binasını yandırıblar. Hazırda yanğınlar söndürülüb.

 

Braziliyanın paytaxtında prezident Mişel Temerə qarşı etiraz aksiyaları davam edir. Etirazçılar dövlət başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Müxtəlif məlumatlara görə, nümayiş və etiraz aksiyalarında 150 mindən çox insan iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR