Çili sahilləri yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.
APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yerli vaxtla şənbə gecəsi saat 23.36 (Bakı vaxtı ilə bazar günü saat 06.36) radələrində baş verən zəlzələnin ocağı Valparaiso şəhərindən 42 km qərbdə 9,8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.