Bank Of Baku

Çin rəhbəri ABŞ-a səfər edib

Çin rəhbəri ABŞ-a səfər edib
# 06 aprel 2017 21:20 (UTC +04:00)

Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ-a səfər edib.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Çin liderinin təyyarəsi yerli vaxtla 13.40-da (Bakı vaxtı ilə 21.40-da) Floridanın “Palm Biç” hava limanında eniş edib.  ABŞ prezidenti Donald Trampın da yaxın saatlarda Floridaya səfər edəcəyi gözlənilir.

 

Trampın Si Tzinpinlə ilk görüşü onun Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutacaq. Liderlərin bu gün axşama birgə şam yeməyi nəzərdə tutulub.  Danışıqların aprelin 7-də keçiriləcəyi planlaşdırılıb.

 

Görüşdə ikitərəfli münasibətlər, ticarət disbalansı, Tayvan məsələsi, Cənub-Çin dənizi ətrafındakı mübahisə və Şimali Koreyanın nüvə problemi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.

 

Ekspertlər hazırkı səfərin tanışlıq xarakteri daşıdığını, ciddi razılaşmaların əldə edilməyəcəyini  proqnozlaşdırırlar.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR