Bank Of Baku

Trampın limuzini Belçikada kral sarayının darvazasından keçə bilməyib

Trampın limuzini Belçikada kral sarayının darvazasından keçə bilməyib
# 26 may 2017 10:21 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın limuzini Brüsseldə kral sarayının darvazasından keçə bilməyib.

 

APA-nın məlumatına görə, bu barədə “La Libre Begique” yazıb.

 

Bildirilir ki, bu səbəbdən Donald Tramp və Melaniya Tramp avtomobili tərk etmək və sarayın həyətində piyada daxil olmaq məcburiyyətində qalıblar.

 

Qeyd olunur ki, adətən kralın qəbuluna gedən dövlət başçıları həyətə daxil olana kimi avtomobilini tərk etmirlər. Trampın “yırtıcı” adlı “Cadillac” markalı zirehli limuzini 1,2 milyon dollar dəyərindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR