Bank Of Baku

Haitinin sabiq prezidenti vəfat edib

Haitinin sabiq prezidenti vəfat edib
# 03 mart 2017 22:45 (UTC +04:00)

Haitinin sabiq prezidenti Rene Preval 74 yaşında vəfat edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onun qəflətən ürəyi dayanıb.

 

R.Preval iki dəfə, 1996 və 2006-cı illərdə Haitinin prezidenti seçilib.

 

1943-cü ildə anadan olan R.Preval Belçikada təhsil alıb, ötən əsrin 70-ci illərində Nyu-Yorkda yaşayıb. 1975-ci ildə vətəninə dönərək ictimai-siyasi fəaliyyətə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR