Bank Of Baku

Kaliforniyada su bəndinin çəkmə təhlükəsi ilə əlaqədar əhali təxliyyə edilir

Kaliforniyada su bəndinin çəkmə təhlükəsi ilə əlaqədar əhali təxliyyə edilir
# 13 fevral 2017 07:35 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında su bəndinin çökmə təhlükəsi ilə əlaqədar əhalinin təcili təxliyyəsi elan olunub.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, təxliyyə olunacaq ərazidə 130 min insan yaşayır. 
 

Yerli hakimiyyət orqanları eroziya nəticəsində zədələnən Orovil su bəndinin yaxın saatlarda çökə biləcəyini bildiriblər. Nəticədə 16,2 min əhalisi olan eyni adlı şəhər tamamilə su altında qala bilər.

 

Orovil su bəndi 1962-1968-ci illərdə tikilib. 230 metr hündürlüyü olan su bəndi ABŞ-da ən böyük hesab edilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR