Bank Of Baku

Karakasda baş verən iğtişaşlar nəticəsində 37 nəfər xəsarət alıb

Karakasda baş verən iğtişaşlar nəticəsində 37 nəfər xəsarət alıb
# 02 may 2017 04:18 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakas şəhərində növbəti etiraz aksiyası iğtişaşlarla nəticələnib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,  mayın 1-də baş verən toqquşmalarda 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Çakao bələdiyyəsinin rəhbəri Ramon Muçaço toqquşmalar zamanı 3 nəfərin güllə yarası aldığını bildirib.  

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.  Ölkədə hökumətə qarşı etirazlar başlanandan 1600-ə yaxın insan saxlanılıb. Son dörd həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR