Bank Of Baku

Karakasda iğtişaşlar zamanı 21 etirazçı xəsarət alıb

Karakasda iğtişaşlar zamanı 21 etirazçı xəsarət alıb
# 01 iyun 2017 01:11 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakasda baş verən iğtişaşlar zamanı 21 etirazçı xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mayın 31-də Venesuela Ali Məhkəməsi prezident Nikolas Maduroya referendum keçirilmədən Konstitusiya Assambleyasını çağırmaq hüququ verib.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

 

Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində azı 60 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, 2600 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR