Bank Of Baku

KİV: ABŞ ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir

KİV: ABŞ ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir
# 16 fevral 2017 02:48 (UTC +04:00)

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

 

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

 

NATO-da olduğu kimi, alyansın hər hansı  üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR