Kolumbiyada hərbçilərə məxsus təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kundinamarka departamentində qeydə alınıb.
Qəza nəticəsində 8 hərbçi ölüb. Tolima departamentində yerləşən hərbi bazadan havaya qalxan “Cessna Caravan” təyyarəsi paytaxt Boqotaya uçan zaman qəzaya uğrayıb.
İlkin ehtimala əsasən, yüngülmotorlu təyyarə telekommunikasiya qurğusuna çırpılıb.