Kubada sərnişin və yük qatarlarının toqquşması nəticəsində 6 nəfər ölüb, 50-si xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin mərkəzində baş verib.
Məlumata görə, Sankti-Spiritus şəhəri yaxınlığında qəzada iki qatar qarşı-qarşıya gələrək toqquşub.
İnsidentin səbəbləri araşdırılır.