Bank Of Baku

Lavrov və Tillerson arasında ilk görüşün keçiriləcəyi yer məlum olub

Lavrov və Tillerson arasında ilk görüşün keçiriləcəyi yer məlum olub
# 10 fevral 2017 19:15 (UTC +04:00)

ABŞ dövlət katibi Reks Tillerson və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

 

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyinə Vaşinqtondakı diplomatik mənbə bildirib.

 

Məlumata əsasən, Tillersonla Lavrovun ilk görüşü gələn həftə Almaniyanın Bonn şəhərində keçiriləcək. 

 

Qeyd edək ki, fevralın 16-17-də Bonnda “G-20” (“Böyük iyirmilik”) ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə məsləhətləşmələr keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR