Bank Of Baku

ABŞ-Meksika sərhəddə divarın tikintisinə sərf olunacaq məbləğ açıqlanıb

ABŞ-Meksika sərhəddə divarın tikintisinə sərf olunacaq məbləğ açıqlanıb
# 26 yanvar 2017 18:14 (UTC +04:00)

Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 12-15 mlrd. dollara başa gələ bilər . APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Filadelfiya şəhərində keçirilən mətbuat konfransında ABŞ Konqresindəki respublikaçı senatorların lideri Mitç Makonnel bildirib.  Mətbuat konfransında  iştirak edən Nümayəndələr Palatasını spikeri Pol Rayan, öz növbəsində, divarın tikintisi ilə bağlı rəqəm açıqlamasa da, prezident Donald Trampın bu layihənin reallaşdırılması üçün tələb olunan vəsaitlərin “artıqlaması” ilə ayrılacağını vəd etdiyini bildirib.   

 

“Biz qarşımıza ambisiyalı məqsədlər,  onların reallaşdırılması üçün isə konkret vaxt cədvəli qoymuşuq”, - deyə Pol Rayan qeyd edib.     

 

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR