Bank Of Baku

Meksika prezidenti ABŞ səfərindən imtina edib

Meksika prezidenti  ABŞ səfərindən imtina edib
# 26 yanvar 2017 18:37 (UTC +04:00)

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq  üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.  

 

APA-nın xəbərinə görə, bu barədə  Enrike Penya Nyeto “Twitter” səhifəsində bildirib.

 

Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib: “Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.   

 

Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.

 

“Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin”, -deyə Tramp daha sonra bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR