Bank Of Baku

Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb

Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb
# 24 fevral 2017 00:25 (UTC +04:00)

Meksika prezidenti Enrike Penya Nyeto ötən gün Mexikodakı iqamətgahında ABŞ dövlət katibi Reks Tillersonu və milli təhlükəsizlik naziri Con Kellini qəbul.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdən əvvəl Tillerson və Kelli Meksika XİN rəhbəri Luis Videqarayla bir neçə saatlıq danışıqlar aparıblar. Meksika prezidenti ABŞ-ın yüksək vəzifəli məmurları ilə görüşdə miqrasiya və təhlükəsizlik məsələlərini müzakirə edib.     

 

Bundan əvvəl Meksika XİN rəhbəri Luis Videqaray Meksika və ABŞ-ın yaxın aylarda Mərkəzi Amerika ölkələrinin iştirakı ilə miqrasiya problemlərinə dair görüş keçirəcəyini bildirib.

 

Kelli, öz növbəsində, deportasiyaların kütləvi xarakter daşımayacağını və bu prosesə ordunun cəlb edilməyəcəyini vəd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR