Bank Of Baku

Meksikada həbsxanada qiyam baş verib, 45 nəfər yaralanıb

Meksikada həbsxanada qiyam baş verib, 45 nəfər yaralanıb
# 28 mart 2017 02:44 (UTC +04:00)

Meksikada  həbsxanada qiyam baş verib.

 

APA-nın RİA Novosti  agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb.

 

İğtişaşlar nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb. “Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

 

Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1 isə ağır yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR