Bank Of Baku

Müşavir: “Tramp milli təhlükəsizlik üzrə köməkçisi Flinnə tam etimad göstərir”

Müşavir: “Tramp milli təhlükəsizlik üzrə köməkçisi Flinnə tam etimad göstərir”
# 13 fevral 2017 23:24 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp özünün milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnə tam etimad göstərir.

 

APA-nın məlumatına görə, bu barədə dövlət başçısının müşaviri Kellienn Konvey “MSNBC” telekanalına müsahibəsində bildirib.

 

"Prezident general Flinnə tam etimad göstərir ", - deyə K. Konvey qeyd edib. Bundan əvvəl “The Washington Post” qəzeti Maykl Flinnin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə ünsiyyətdə olduğunu, rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyaları müzakirə etdiyi barədə xəbər verib.

 

Məlumata görə, Flinnlə Kislyak arasında məsləhətləşmələr Trampın inauqurasiyasından iki ay əvvəl baş tutub. Bəzi məlumatlara görə, ABŞ lideri Maykl Flinnin hərəkətləri ilə bağlı narazılığını gizlətməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR