Bank Of Baku

Nazir: ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Nazir: ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
# 07 aprel 2017 22:58 (UTC +04:00)

Rəsmi Vaşinqton yaxın zamanlarda Suriyaya qarşı yeni sanksiyaların tətbiqini bəyan edəcək.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

 

“Suriyaya qarşı yeni sanksiyalar hazırlanır. Bununla bağlı yaxın zamanlarda əlavə məlumat veriləcək”, deyə nazir bildirib.

 

Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə  ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb. Bu, ABŞ-ın Suriya hökumətinə qarşı ilk birbaşa zərbəsi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR