Bank Of Baku

Obama Türkiyədə “G20” sammitində Suriyanı müzakirə etməyi planlaşdırır

Obama Türkiyədə “G20” sammitində Suriyanı müzakirə etməyi planlaşdırır
# 10 noyabr 2015 23:38 (UTC +04:00)

Bakı-APA. Ağ Evin mətbuat katibi Coş Ernest ABŞ prezidenti Barak Obamanın Türkiyənin Antalya şəhərində keçiriləcək “G20” (“böyük iyirmilik”) sammiti zamanı Suriyanı müzakirə etmək niyyətində olduğunu bildirib. APA-nın xəbərinə görə, bu barədə  “Reuters” məlumat yayıb.

 

Onun sözlərinə görə, Obama İŞİD terror qruplaşmasının zəiflədilərək tamamilə məhv edilməsinə  yönəlmiş davamlı səylər barədə də danışıqlar aparmaq niyyətindədir.  

 

Ernestin sözlərinə görə, sammitdə iştirak edəcək “böyük iyirmilik” ölkələrinin əksəriyyəti İŞİD-ə qarşı mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iştirakçılarıdır.

 

Qeyd edək ki, bundan əvvəl Barak Obama və Vladimir Putin  arasında sammiti zamanı hər-hansı  formatda görüşün baş tutacağı istisna edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR