Bakı-APA. ABŞ Avropada hərbi potensialını artırmaq niyyətində deyil.
APA-nın məlumatına görə, bunu ABŞ quru qoşunları qərargah rəisi Mark Milli “Defence News”-a müsahəsində deyib.
“Bizim belə bir niyyətimiz yoxdur. Düşünmürəm ki, biz “soyuq müharibə” dövründə olduğu kimi Avropada 300-350 min hərbçi yerləşdirməliyik”, deyə M.Milli bildirib.
Qərargah rəisi həmçinin Rusiyanın Suriyada hərbi iştirakını şərh edib: “Rusiya “odun üstünə yağ tökdü”. Bu narahatlıq doğurur və fikrimcə, Suriyada vəziyyəti daha da mürəkkəbləşdirir”.