Bank Of Baku

Pentaqon: ABŞ Ukraynanın ərazi bütövlüyünə və Ukrayna ordusuna ciddi dəstəyini davam etdirəcək

Pentaqon: ABŞ Ukraynanın ərazi bütövlüyünə və Ukrayna ordusuna ciddi dəstəyini davam etdirəcək
# 16 fevral 2017 07:47 (UTC +04:00)

“ABŞ Ukraynanın öz hərbi potensialını gücləndirməsinə dəstək verməyə sadiqdir”.

 

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Pentaqonun rəsmi nümayəndəsi Kortni Hillson deyib.

 

ABŞ-da səfərdə olan Ukraynanın xarici işlər naziri Pavel Klimkin ABŞ müdafiə nazirinin 1-ci müavini Bob Uork ilə görüş keçirib. “Uork bildirib ki, ABŞ Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini ciddi şəkildə dəstəkləməkdə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək vermək məsələsində qərarlı olaraq qalır. Bundan başqa, o, Ukraynanı islahatları davam etdirməyə çağırıb”, - deyə K. Hillson qeyd edib.

 

Qeyd edək ki, Brüsseldə NATO müdafiə nazirlərinin toplantısına qatılan ABŞ müdafiə naziri Ceyms Mettis Rusiya ilə güc mövqeyindən danışmaq lazım olduğunu bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR