Peruda baş verən daşqın və torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin bir sıra bölgələrinə yağan aramsız yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub.
Məlumata görə, təbii fəlakət təxminən 12 min insana zərər vurub.
Peru hökuməti paytaxt Lima daxil olmaqla, bir neçə şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.