Bank Of Baku

Peruda daşqınlar nəticəsində 110 nəfər ölüb

Peruda daşqınlar nəticəsində 110 nəfər ölüb
# 19 aprel 2017 03:43 (UTC +04:00)

Peruda tüğyan edən daşqınlar nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində daha 17 nəfər itkin düşmüş hesab edilir, 400 nəfər xəsarət alıb. 178 min nəfər evsiz qalıb, ümumilikdə, 1 milyondan çox sakin ziyan çəkib.

 

Dağıdılmış evlərin sayı 20 mindən çoxdur, 237 min tikili qismən uçub. Daşqınlar həmçinin 53 məktəb, 11 səhiyyə mərkəzi, 2,7 min km yol və 316 körpünü uçurub.

 

Ən çox dağıntılar və qurbanlar Piura, Lombayeke, La-Libertad və Ankaş əyalətlərində qeydə alınıb.      

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR