Portuqaliyanın Lamequ şəhərində pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib.
APA-nın TVI 24-ə istinadən verdiyi məlumata görə, ölkənin daxili məsələlər üzrə dövlət katibi Xorxe Qomes bildirib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər itkin hesab edilir.
Onun sözlərinə görə, partlayışlar və yanğın davam etdiyindən xilasetmə işləri çətinləşib.