Bakı-APA. Qvatemalanın Santa-Katarina qəsəbəsində baş vermiş torpaq sürüşməsinin qurbanlarının sayı artmaqda davam edir.
APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 213-ə çatıb, 356 nəfər itkin düşmüş hesab olunur.
Xilasedici xidmət əməkdaşlarının sözlərinə görə, yerli hökumət təbii fəlakət qurbanlarının hamısının cəsədlərinin tapılmasına çalışacağına söz verib.
Xatırladaq ki, torpaq sürüşməsi yağan intensiv yağışlardan sonra oktyabrın 1-də baş vermişdi. Nəticədə paytaxt Qvatemala ətrafında yerləşən Santa-Katarina qəsəbəsində 120 ev tamamilə məhv olmuşdu.