Bank Of Baku

Sabah dünya mavi rəngə boyanacaq

Sabah dünya mavi rəngə boyanacaq
# 23 oktyabr 2015 09:11 (UTC +04:00)

Bakı - APA. Sabah Avstraliyadan başlayaraq Cənubi Sudana qədər dünyanın bir çox ölkələrində 250-dən çox teatr, muzey və digər memarlıq nümunələri BMT-nin rəsmi rəngi olan mavi rəngə boyanacaq.

 

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, “dünyanı mavi rəngə boya” adlı kampaniya ilə BMT-nin 70 illik tədbirlərinə start veriləcək.

 

Kampaniyaya Yeni Zelandiyadan başlanılacaq.

 

BMT-nin Nyu-Yorkdakı iqamətgahı isə 23-24 oktyabrda mavi rəngə boyanacaq.

 

“BMT Nizamnaməsinin həmişəyaşar prinsipləri bizim bələdçimiz olacaq. Bizim ümumi vəzifəmiz xalqlarımıza xidmət etməkdir”, - deyə BMT baş katibi Pan Gi Mun bəyan edib.

 

Sidney Operası, Sankt-Peterburqdakı Ermitaj, Nyu-Yorkdakı Empire State Building, Böyük Çin Səddi, Gizadakı piramidalar və İordaniyadakı Petra şəhərinin də mavi rəngə boyanacağı gözlənilir.

 

BMT-nin 70 illiyi ilə bağlı “daha güclü BMT, daha güclü dünya” şüarı altında tədbirlər keçirilir.

 

Qeyd edək ki, Azərbaycanda da Heydər Əliyev Mərkəzinin binası oktyabrın 24-də - BMT günündə bu aksiya çərçivəsində mavi rəngə boyanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR