Bank Of Baku

Tramp: “ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək”

Tramp: “ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək”
# 02 iyun 2017 03:56 (UTC +04:00)

ABŞ ətraf mühitin qorunması məsələlərində dünya lideri olaraq qalacaq.  APA-nın “RİA Novosti”yə istinadın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

 

“ABŞ ətraf mühitin qorunmasında dünya lideri qalmaqda davam edəcək, mən bunu təmin etməyə çalışacan”, - deyə Tramp Ağ Evdə çıxışı zamanı bildirib.  

 

“ABŞ, Tramp administrasiyası dövründə də dünyanın ən təmiz və ətraf mühitə xeyirxahcasına   yanaşan ölkə olaraq qalacaq”, - deyə o bildirib və ölkədə sürətli iqtisadi artımın təmin ediləcəyini vəd edib.

 

Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR