Bank Of Baku

Tramp: “Qeyri-qanuni mühacirlərin sayı 73% azalıb”

Tramp: “Qeyri-qanuni mühacirlərin sayı 73% azalıb”
# 28 aprel 2017 21:05 (UTC +04:00)

ABŞ-ın cənub sərhədlərində qeyri-qanuni mühacirlərin sayı 73% azalıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Corciya ştatında çıxış edərkən bəyan edib.

 

“Cənubda ABŞ-a keçmək istəyən miqrantların sayı 73% azalıb. Məhz bu səbəbdən  Meksika ilə aramızda divarın olması zəruridir. Yadınıza salmaq istəyirəm ki, 2001-ci il 11 sentyabr hadisəsindən Boston marafonunadək terror aktlarını törədənlər ABŞ-a digər ölkələrdən gələnlər olub.  Bu səbəbdən miqrasiya təhlükəsizliyi hazırda milli təhlükəsizlik anlamına gəlir”, deyə D.Tramp vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR