Bank Of Baku

Tramp: “İdlibdə baş verənlərdən sonra Suriya və Əsədə münasibətim kəskin dəyişib”

Tramp: “İdlibdə baş verənlərdən sonra Suriya və Əsədə münasibətim kəskin dəyişib”
# 05 aprel 2017 20:35 (UTC +04:00)

”Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“Dünən uşaqlara edilən hücum məni çox sarsıtdı. Suriya və Əsədə qarşı münasibətim kəskin dəyişib”, deyə D.Tramp bildirib.

 

O qeyd edib ki, kimyəvi silahdan istifadə hallarına əvvəllər də təsadüf edildiyini nəzərə alaraq, Suriyada münaqişə yeni səviyyəyə keçir. “Dünən baş verənlər qəbuledilməzdir”, - deyə D.Tramp vurğulayıb.  

 

Qeyd edək ki, ötən gün Suriyanın İdlib şəhərində kimyəvi silahdan istifadə edilməsi barədə məlumatlar yayılıb. Nəticədə 58 nəfər, o cümlədən  11 uşağın öldüyü  bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR