Bank Of Baku

Tramp İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edib

Tramp İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edib
# 01 mart 2017 03:45 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp bu gün Konqresdə çıxışı zamanı İŞİD-lə mübarizədə İslam dünyasındakı müttəfiqləri ilə əməkdaşlıq edəcəyini vəd edəcək. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin Trampın çıxışından dərc etdiyi parçalarda deyilir.  

 

“Bu düşməni yer üzündən silmək üçün biz, müsəlman ölkələr arasındakı dost və müttəfiqlərimizlə  çalışacağıq”, - deyə mətndə deyilir.  

 

“Vədimə əməl edərək, Müdafiə Nazirliyinə İŞİD-in məhv edilməsi planı hazırlamağı tapşırmışam”, - deyə Tramp əlavə edib.  

 

Onun sözlərinə görə, “İŞİD – dinindən asılı olmayaraq  kişi, qadın və uşaqları qətlə yetirən vəhşilərdən ibarət qanunsuz qruplaşmadır”   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR