ABŞ prezidenti Donald Tramp kabinetinin formalaşdırılmasını başa çatdırıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Bu gün prezident Donald Tramp rəsmi olaraq onunla birgə çalışacaq 24 nəfərin adını elan edib”, məlumatda deyilir. Qeyd olunur ki, kabinet üzvlərinin 4-ü qadındır.