Bank Of Baku

Tramp Kubanı Müstəqillik Günü münasibəti ilə təbrik edib

Tramp Kubanı Müstəqillik Günü münasibəti ilə təbrik edib
# 20 may 2017 23:40 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp yazılı bəyanatda Kubanı və kubalıların ABŞ-dakı diasporunu Müstəqillik Günü münasibəti ilə təbrik edib.  

 

Təbrik məktubunda Tramp qeyd edib ki, amerikalı və kubalılar özünüidarəetmə, ləyaqət və azadlıq prinsiplərinə sadiqdirlər.

 

 “Kuba sakinləri demokratik dəyərləri, iqtisadi, dini azadlıqları və insan haqlarını dinc yolla təmin edən hökumətə layiqdirlər. Mənim administrasiyam bunlara nail olmaqda maraqlıdır”, - deyə bəyanatda qeyd  olunur.  

 

Tramp kubalıların ədəbiyyat, incəsənət, idman, biznes, məhkəmə sistemi, Konqres, prezident administrasiyası və hərbi qurumlarda meksikalıların nailiyyətlərini xüsusi qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR