Bank Of Baku

ABŞ prezidenti miqrasiya fərmanının ləğvinin fəsadları barədə danışıb

ABŞ prezidenti miqrasiya fərmanının ləğvinin fəsadları barədə danışıb
# 05 fevral 2017 04:49 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp bir neçə ölkənin vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran  miqrasiya fərmanının ləğvinin fəsadları barədə  xəbərdarlıq edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, belə olacağı təqdirdə ABŞ-a təhlükəli insanlar doluşacaq.  

 

“Hakim qadağanı ləğv etdiyindən, ölkəmizə çox pis təhlükəli insanlar doluşacaq”, - deyə o “Twitter” səhifəsində yazıb.  

 

Tramp,  qadağanın ləğv edilməsini “dəhşətli qərar” adlandırıb.  

 

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.

 

Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR