Bank Of Baku

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq
# 10 fevral 2017 23:58 (UTC +04:00)

ABŞ prezidenti miqrasiya ilə bağlı yeni fərman imzalayacağını istisna etməyib.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı Donald Tramp jurnalistlərə bildirib.

 

“Hazırda biz müxtəlif variantları nəzərdən keçiririk, o cümlədən yeni fərmanını imzalanmasını”, deyə D.Tramp qeyd edib.

 

Onun sözlərinə görə, yeni fərman fevralın 13 və yaxud 14-ü imzalana bilər. D. Tramp əlavə edib ki, yeni fərman əvvəlkilərdən çox fərqlənməyəcək.

 

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvəyə malik məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR