Bank Of Baku

Tramp Suriya kürdlərinin silahlandırılmasına dair planı təsdiqləyib

Tramp Suriya kürdlərinin silahlandırılmasına dair planı təsdiqləyib
# 10 may 2017 00:29 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Pentaqondan bildirilib.   

 

Məlumata görə,  Rəqqada İŞİD üzərində qələbəni təmin etmək məqsədi ilə ABŞ Müdafiə Nazirliyinə kürd qruplaşmaların silahlandırılmasına dair səlahiyyətlər verilib.  

 

Qeyd edək ki,  kürd silahlı qruplaşmaları (PYD/YPG) İŞİD-in Suriyadakı paytaxtı Rəqqanı mühasirəyə almağa çalışır. ABŞ və müttəfiqləri kürd silahlı qruplaşmalarına havadan dəstək, habelə kəşfiyyat və hərbi təlim məsələlərində kömək edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR