Bank Of Baku

Tramp terrorçularla mübarizəyə dair qanun imzalayıb

Tramp terrorçularla mübarizəyə dair qanun imzalayıb
# 27 yanvar 2017 23:54 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp miqrantların ölkəyə daxil olması qaydalarını sərtləşdirən qanun imzalayıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, qanun terrorçuların ABŞ-a daxil olmasının qarşısının alınmasına kömək edəcək.

 

“Mən terrorçuların ABŞ-a daxil olmasının qarşını almaq məqsədi ilə yeni qanun imzaladım. Biz istəyirik ki,  ölkəmizə gələnlər qanunlarımıza və xalqımıza hörmətlə yanaşsın”, deyə D.Tramp bildirib.

 

Qeyd edək ki, bu D.Trampın həftə ərzində immiqrasiya siyasətinin sərtləşdirilməsinə yönələn sayca üçüncü fərmanıdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR