Bank Of Baku

Tramp və Stoltenberq arasında ilk görüş keçiriləcək

Tramp və Stoltenberq arasında ilk görüş keçiriləcək
# 22 mart 2017 00:32 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.

 

APA-nın “AFP” agentliiynə istinadən verdiyi xəbərə görə,  bu barədə NATO-nun rəsmi nümayəndəsi bildirib.

 

Məlumata əsasən, aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq  və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

 

Yanvarda  D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir: “Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR