Bank Of Baku

Tramp Yəmənə qarşı sanksiyaların müddətini uzadıb

Tramp Yəmənə qarşı sanksiyaların müddətini uzadıb
# 09 may 2017 02:32 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Yəmən hökumətinin bir sıra üzvlərinə qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

 

APA-nın məlumatına görə, prezidentin imzaladığı fərmanda bildirilir ki, Yəmən hökumətinin bəzi üzvlərinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasətini təhdid edir.

 

“Bu hərəkətlər Yəməndə sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır, 2011-ci il, noyabrın 23-də iqtidarla müxalifət arasında əldə edilən sülh sazişinin yerinə yetirilməsinə əngəl törədir. Bu səbəbdən sanksiyaların müddəti daha bir il müddətinə uzadılır”, məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR