Bank Of Baku

Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı başlayır

Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı başlayır
# 22 mart 2017 01:46 (UTC +04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda  İŞİD-ə qarşı beynəlxalq koalisiyasının XİN rəhbərləri səviyyəsində toplantısı keçiriləcək.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisi iştirak edəcək.

 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin bildirdiyinə görə, iclas dövlət katibi Reks Tillersonun sədrliyi ilə baş tutacaq.

 

Məlumata əsasən, bu, 2014-cü ilin dekabrından bəri İŞİD-ə qarşı beynəlxalq koalisiyasının tam tərkibdə ilk toplantısıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR