Bank Of Baku

Venesuela Amerika Dövlətləri Təşkilatını tərk edir

Venesuela Amerika Dövlətləri Təşkilatını tərk edir
# 27 aprel 2017 01:14 (UTC +04:00)

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxdığını bəyan edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın xarici işlər naziri Delsi Rodriqes bəyan edib.

 

Onun sözlərinə görə, adıçəkilən qərar ABŞ-ın Venesuelaya qarşı apardığı siyasətə etiraz olaraq qəbul olunub.

 

Qeyd edək ki, yaxın günlərdə Venesueladakı siyasi böhranla əlaqədar Amerika Dövlətləri Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin fövqəladə görüşü keçiriləcək.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.  Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR