Bank Of Baku

Venesuela paytaxtında iğtişaşlar zamanı 87 etirazçı xəsarət alıb

Venesuela paytaxtında iğtişaşlar zamanı 87 etirazçı xəsarət alıb
# 30 may 2017 02:32 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakasda iğtişaşlar zamanı 87 etirazçı xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis və milli qvardiyaçılar  etirazçılara  qarşı gözyaşardıcı qumbaralardan istifadə edib.

 

Yaralananlar arasında müxalifət lideri Enruke Kapriles və parlamentin deputatı Karlos Paparoninin də olduğu bildirilir.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin əvvəlindən ölkədə iğtişaşlar nəticəsində azı 60 nəfər ölüb, 1000-dən çoxu xəsarət alıb, 2600 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR