Bank Of Baku

Venesuelada iğtişaşlar nəticəsində daha bir nəfər ölüb

Venesuelada iğtişaşlar nəticəsində daha bir nəfər ölüb
# 11 may 2017 00:22 (UTC +04:00)

Venesuelada davam edən iğtişaşlar nəticəsində daha bir nəfərin öldüyü məlum olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Karakasda  qabırğasından xəsarət alan 26 yaşlı gənc dünyasını dəyişib.

 

Beləliklə ölkədə iğtişaşlar nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb, yerli hüquq müdafiəçiləri isə 46 nəfərin öldüyünü bildirirlər. Mayın 10-da Karakasda baş verən toqquşmalarda azı 84 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb isə ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR