Bank Of Baku

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb
# 27 aprel 2017 03:15 (UTC +04:00)

Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

 

APA-nın Reuters  agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün paytaxt Karakasda 20 yaşlı gənc polislə qarşıdurma zamanı ölüb.

 

Bundan əvvəl hökumət tərəfdarları ilə etirazçılar arasında baş verən toqquşmalarda 22 yaşlı gənc Valensiya şəhərində, 28 yaşlı oğlan isə Taçira ştatında odlu silahdan açılan atəş nəticəsində ölüb.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.  Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir. Etirazçılar ölkədə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR